Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 19:59

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) inzibati qaydada həbs edilmiş fəalı Ruslan Qarayev azadlığa buraxılıb.

Bu haqda onun vəkili Əsabəli Mustafayev məlumat verib.

Vəkilin bildirdiyinə görə, cəbhəçi gənc inzibati cəzası başa çatdığından azad edilib.

R.Qarayevin inzibati həbs qərarının ləğv edilməsindən verilmiş şikayətləri yerli məhkəmələr təmin etməmişdi.

Buna da bax:​ Cəbhəçi fəal 3-cü dəfə Avropa Məhkəməsinə şikayət edir

R.Qarayevin həbsinin qanunsuz və əsassız olduğunu bildirən vəkilin sözlərinə görə, iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcək.

Xatırlatma

AXCP Sumqayıt şöbəsinin fəalı Ruslan Qarayevdən avqustun 11-i səhər saatlarından xəbər almaq mümkün olmamışdı. Günün sonunda bəlli olmuşdu ki, onu polis saxlayıb və ardınca 20 sutka inzibati həbs cəzası verilib.

“Guya yaşadığı evdən çölə çıxıb, ünvansız söyüş söyməyə başlayıb. Bu zaman təsadüfən, orada olan mülkigeyimli polis əməkdaşları ondan söyüş söyməsini dayandırmasını tələb ediblər. Guya R.Qarayev onların tələblərinə tabe olmayıb”, vəkili həmin vaxt bildirmişdi.

Buna da bax: 'İki nəfərin ad-soyadını kiməsə deməkdən ötrü adama 4 il iş veriblər'

Sumqayıt Apellyasiya Məhkəməsi də cəbhəçi gəncin inzibati həbsini haqlı sayaraq, onun vəkillərinin şikayətini rədd etmişdi.

Ruslan Qarayevin son bir ildə 3 dəfə inzibati qaydada həbs olunub. Əvvəlki iki iş üzrə şikayətləri artıq, Avropa İnsan Hüquqları Məhkəməsindədir.

Hazırda AXCP-nin 10-dan çox fəalı uzun müddətli həbsdədir. Partiya onların siyasi sifarişlə həbs edildiyini bəyan edib. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, həmin şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG