Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 03:38

E. Məmmədyarov: ‘Azərbaycan AB ilə sazişdə maraqlıdır’


Elmar Məmmədyarov

“Azərbaycan Avropa Birliyinin (AB) etibarlı tərəfdaşıdır və təşkilatın üzvləri arasında strateji tərəfdaşlarının sayını artırır”.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov belə deyib.

O, Viseqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxış edib. Görüş bu gün, avqustun 31-də Budapeştdə keçirilib. Bu haqda Xarici İşlər Nazirliyi xəbər verir.

Nazir Avropa Birliyi Azərbaycan əlaqələrinə toxunub. Vurğulayıb ki, Azərbaycan sürətli danışıqlar yolu ilə Avropa Birliyi ilə strateji tərəfdaşlığa dair sazişin yekunlaşdırılmasında və saziş əsasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıdır.

Buna da bax:​ Elmar Məmmədyarov Budapeştə gedir

“Fevral ayında danışıqların rəsmən başlamasından etibarən biz saziş layihəsinin müxtəlif bölmələri üzrə məhsuldar və konstruktiv dialoq aparmışıq. Azərbaycan AB ilə qarşılıqlı şəkildə razılaşdırılmış prioritetlər əsasında əlaqələrin qurulmasında maraqlıdır”, – nazir deyib.

İqtisadi potensiala uyğunlaşdırılmış prioritetli əməkdaşlıq...

O, vurğulayıb ki, iqtisadi potensiala və hər bir ölkənin spesifik məqsədlərinə uyğunlaşdırılmış prioritetli əməkdaşlıq daha səmərəli ola bilər. Nazir qeyd edib ki, Azərbaycanın dəyəri 45-50 milyard dollar olan Cənub Qaz Dəhlizi kimi böyük infrastruktur və enerji layihəsinin reallaşmasında aparıcı dövlətdir. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

“Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini təşviq etmək məqsədilə bir neçə əsas nəqliyyat layihəsinin icrasına cəlb olunub...”, – nazir bildirib.

Buna da bax:​ 'Qarabağda sülh altı elementə əsaslana bilər' - Richard Hoagland

AB və Azərbaycan arasında vizaların ləğvi

E.Məmmədyarov insanlar arası təmasların təşviqinin AB-Azərbaycan əlaqəsinin mühüm istiqaməti olduğunu da qeyd edib.

“Biz inanırıq ki, readmissiya və vizaların sadələşdirilməsinə dair sazişinin uğurla həyata keçirilməsi AB və Azərbaycan arasında vizaların ləğvi üzrə dialoqun başlanması üçün zəmin yaratmalıdır”.

Nazir problemlərdən danışarkən, onlardan ən aktualının stabilliklə bağlı olduğunu bildirib. Deyib ki, altı Şərq Tərəfdaşlığı ölkəsinin dördünün suverenliyi və ərazi bütövlüyü mövcud münaqişələr səbəbindən pozulmaqda davam edir.

“Üçüncü onillikdir ki, Ermənistan Şərq Tərəfdaşlığı proqramının üzvü olaraq gücdən istifadə edərək, digər üzv ölkənin- Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin beşdə birini işğal altında saxlamaqda davam edir. Ermənistan Avropada, ümumilikdə dünyada qəbul olunmuş davranış qaydalarının tam ziddinə Azərbaycanın işğal olunmuş ərazilərində bədnam etnik təmizləmə törədib”, – nazir qeyd edib.

Buna da bax:​ 'Amnesty International' İlham Əliyevə məktub göndərib

Xatırlatma

Xarici işlər naziri Elmar Məmmədyarov avqustun 30-da Macarıstana səfər edib.

O, bu səfər çərçivəsində bu gün, avqustun 31-də Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin Budapeştdə keçirilən iclasına qatılıb.

Vışeqrad qrupu Çexiya Respublikası, Macarıstan, Polşa və Slovakiyanın 2004-cü ildə yaratdığı qurumdur.

Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramına isə 6 ölkə-Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla çərçivə sazişi imzalayıb.

Buna da bax: Işçi Qrup Azərbaycana sanksiyalar tələb edir

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralında da ikitərəfli danışıqlar başlayıb. Yaxın günlərdə Azərbaycanla Avropa Birliyi arasında danışıqların növbəti mərhələsi keçirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG