Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 01:52

'Turan'ın kollektivi: 'Volontyor kimi fəaliyyət göstərəcəyik'


"Turan" İA-da axtarış aparılır
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

"Turan" İA-da axtarış aparılır

«Hələlik sizin informasiya əldə etmənizdən ötrü öz şəxsi imkanlarımızdan və vəsaitimizdən istifadə edərək, volontyor kimi fəaliyyət göstərəcəyik».

«Turan» İnformasiya Agentliyinin (İA) fəaliyyətini məhdudlaşdırmaq məcburiyyətində qalması barədə abunəçilərinə ünvanladığı müraciətdə belə yazılır.

Müraciətdə agentliyə cinayət işi açılması, təşkilatın hesablarının dondurulması barədə məlumat verilir.

«Belə olan şəraitdə informasiya əldə edilməsi və satışı ilə məşğul olan agentliyin normal fəaliyyət göstərməsi mümkün deyil. Bu səbəbdən işi dayandırmağı və istintaqın sonunadək gözləməyi qərara aldıq», - agentliyin müraciətində vurğulanır.

Bildirilir ki, «Turan» İA-nın saytı əvvəlkitək fəaliyyət göstərəcək, bülletenlər isə elektron poçt ilə göndəriləcək.

«Yeganə fərq informasiya həcmində olacaq ki, bu da obyektiv səbəblərdən azalacaq. Ümid edirik ki, bu, anlayışla qarşılanacaq», - kollektiv bildirir.

Beləliklə, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar, onunla əməkdaşlıq edənlər sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirəcəklər.

XATIRLATMA

Avqustun 25-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Bundan bir gün əvvəlisə o, artıq şübhəli şəxs qismində saxlanmışdı.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də də agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub. Agentlikdə çalışan və onunla əməkdaşlıq edən şəxslər istintaqa çağırılaraq dindiriliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG