Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:05

Hyuston ətrafındakı kimyəvi zavodda partlayış olub


Texasda "Harvi" qasırğası

Texasın Hyuston şəhəri ətrafındakı kimyəvi zavodda daşqına görə iki partlayış baş verib.

Reuters agentliyi avqustun 31-də 9 nəfərin xəstəxanaya götürüldüyünü xəbər verir.

Bundan əvvəl daşqına görə zavodun 2,5 kilometrliyindən əhali göçürülübmüş.

Qeyd edək ki, “Harvi” qasırğası və leysan yağışları nəticəsində zavodun ərazisini su basıb və elektrik kəsilib.

Nəticədə partlayıcı materialları soyudan system sıradan çıxıb.

“Harvi” son 12 ildə ABŞ-da ən güclü qasırğa hesab olunur.

Qasırğa nəticəsində azı 30 nəfərin öldüyü bildirilir.

30 mindən çox adam təbii fəlakət zonasından çıxarılıb.

Dəymiş ziyanın 10 milyardlarla dollar olduğu bildirilir.

Sinoptiklər bunu 2005-ci ildəki “Katrina” qasırğası ilə müqaisə edirlər.

Həmin vaxt Yeni Orleanda 1800-dən çox adm ölmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG