Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 02:24

'Amnesty International' İlham Əliyevə məktub göndərib


Mehman Əliyev həbsdə qaldı
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Mehman Əliyev həbsdə qaldı

«Amnesty International» prezident İlham Əliyevə elektron məktub göndərərək Mehman Əliyevin azadlığa buraxılmasına dəvət edib.

«Amerikanın səsi»nin xəbərinə görə, «Amnesty International» beynəlxalq hüquq-müdafiə təşkilatı «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyevin həbsini pisləyib.

Məktubda bildirilib ki, M.Əliyev avqustun 24-də vergidən yayınma və digər cinayətlərdə ittiham olunaraq saxlanıb. Vurğulanıb ki, ona da son illər Azərbaycanda hökuməti tənqid edənləri susdurmaqdan ötrü istifadə olunan ittihamlar verilib.

Təşkilat yazıb ki, M.Əliyev vəkilsiz dindirildikdən sonra saxlanıb. Avqustun 25-də isə məhkəmə M.Əliyevi vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə və qanunsuz sahibkarlıq ittihamı ilə həbs edib.

Məktubda bildirilib ki, M.Əliyev bütün ittihamları rədd edib.

Təşkilat qeyd edib ki, «Turan» İnformasiya Agentliyi Azərbaycanda mövcud olan son müstəqil media-qurumu sayılır.

1990-cı ildən «Turan» siyasi, iqtisadi, sosial sahələrdə mühüm mövzuları Azərbaycan, ingilis və rus dillərində işıqlandırıb.

«Amnesty International» prezident İlham Əliyevə üz tutaraq, onu M.Əliyevin azadlığa buraxılmasına dəstək göstərməyə dəvət edib.

Müraciətdə qeyd olunub ki, M.Əliyevə ittihamlar siyasi motivlidir, onun saxlanması və həbsi zamanı ədalətli məhkəmə standartları ciddi şəkildə pozulub.

Məsələ ilə bağlı ABŞ Dövlət Departamenti, Norveç, Fransa və Böyük Britaniya xarici işlər nazirliklərinin təmsilçiləri də açıqlama yayıb. Bundan başqa, Avropa Birliyi, Avropa Şurası və bir sıra nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri də M.Əliyevin həbsinə reaksiya veriblər. Bu açıqlamalarda baş verənlərlə bağlı narahatlıqlar dilə gətirilir və M.Əliyevin azadlığı istənilir.

XATIRLATMA

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

«Turan» İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG