Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 04:58

Sentyabr ayına olan hava proqnozu açıqlanıb


Günəş

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sentyabr ayının hava proqnozunu açıqlayıb.

Proqnoza görə, sentyabrda orta aylıq temperatur iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacaq.

Üstəlik, aylıq yağıntının miqdarının da iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 18-23, gündüzlər 24-29, bəzi günlərdə 32-37 dərəcə isti) olacağı təxmin edilir.

Bölgələrdə də temperatur və yağıntının aylıq normaya yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG