Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 03:00

'Qarabağ' ev oyunlarını Olimpiya stadionunda keçirəcək


Bakı Olimpiya Stadionu

Ağdamın «Qarabağ» futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

Bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Bir müddət öncə, Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməklə bağlı UEFA-ya müraciət etmişdi. Artıq UEFA «Qarabağ»ın sorğusuna cavab verib. Qitənin ali futbol qurumu komandanın bu müraciətini təsdiqləyib.

«Qarabağ» sentyabrın 27-də UEFA Çempionlar Liqasının ikinci turu çərçivəsində İtaliyanın «Roma» klubunu Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Matç Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Bakı Olimpiya Stadionu 68 min 500 tamaşaçı tutumuna malikdir.

«Qarabağ»ın qrupdakı digər rəqibləri İngiltərənin «Çelsi» və İspaniyanın «Atletiko» klublarıdır.

«Qarabağ» bu il Azərbaycan tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Ağdam təmsilçisi yerli çempionatda da ev oyunlarını Bakıda keçirir. Ağdam şəhəri 1993-cü ildə işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG