Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 03:29

Bu gün, avqustun 31-i Azərbaycanın Qubadlı rayonunu Ermənistan silahlı qüvvələrinin işğal etməsinin 24-cü ili tamam olur.

Rayon 1930-cu ildə təşkil edilib, ərazisi 800 kvadratkilometrdən çoxdur.

Bir şəhər və 93 kənd olmaqla, 94 yaşayış məntəqəsini özündə birləşdirib. İşğal ərəfəsində əhalisi 30 min nəfərə yaxın olub.

7 minə yaxın yaşayış evi, mindən çox kənd təsərrüfatı, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət obyekti işğal altında qalıb.

Qarabağ savaşının getdiyi bir vaxt Qubadlı rayonu 5 il müddətində 240-a yaxın itki verib.

Qubadlının işğal edilən zaman Azərbaycanda mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi bildirilir. Həmin işğallardan təqribən üç ay əvvəl Gəncədə polkovnik Sürət Hüseynovun rəhbərliyi altında 709 saylı hərbi hissə hakimiyyət orqanlarına qarşı çıxmışdı. Əbülfəz Elçibəy hakimiyyəti devrilmiş, onun özü də Bakını tərk etmişdi. Əvəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri seçilmişdi. Üstəlik, o, prezident səlahiyyətlərini icra edirdi. Polkovnik S.Hüseynov isə H.Əliyevin təklifi ilə baş nazir postuna gətirilmişdi.

Qubadlıdan başqa, Dağlıq Qarabağ və ona bitişik daha 6 rayon işğal edilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG