Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 23:32

Türkiyə mühafizəçilərə ittihamları 'qərəzli' adlandırır


Vaşinqtondakı Türkiyə səfirliyi önündə dava
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Vaşinqtondakı Türkiyə səfirliyi önündə dava

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ prokurorlarının prezident Recep Tayyip Erdoğan-ın mühafizəçilərinə irəli sürdüyü ittihamları «qərəzli» adlandırıb.

Mayda Erdoğan-ın Vaşinqtona səfəri zamanı Türkiyə səfirliyə qarşısındakı etirazçılara hücum etmiş 15 mühafizəçiyə ittiham avqustun 30-da elan olunub. Həmin insidentdə görə ümumilikdə 19 nəfər ittiham olunur.

«Belə bir ədalətsiz və qərəzli ittihamnamənin qəbulunu kəskin şəkildə pisləyirik», – deyən nazirlik narahatlığın ABŞ-ın Ankaradakı səfirinə çatdırıldığını bildirir.

İttihamnamədə mühafizəçilərin və adları çəkilməyən digər şəxslərin Vaşinqton polisinin «dinc» adlandırdığı nümayişçilərə qarşı zorakılıq törətdiyi bildirilir.

Türkiyə isə etirazçıların qadağan olunmuş PKK üzvləri olduğunu, mühafizəçilərin Erdoğan-ı qoruduğunu bildirir.

Nazirlik Türkiyənin «əsassız» ittihamlara qarşı hüquqi sistem vasitəsiylə mübarizə aparacağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG