Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:04

ATƏT-dən Estoniyaya çağırış


Harlem Desir

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) avqustun 30-da Estoniyanı çağırıb ki, iki rusiyalı jurnalistə qadağanı geri götürsün. Həmin jurnalistlər gələn ay Tallində Avropa Birliyinin toplantısını işıqlandırmağa buraxılmır.

«Estoniyanı akkreditasiya verməmək qərarına yenidən baxmağa çağırıram», – qurumun media azadlığı üzrə təmsilçisi Harlem Desir Twitter-də yazıb.

Estoniya həmin jurnalistləri AB xarici işlər nazirlərinin sentyabrın 7-də keçiriləcək toplantısına buraxmır, onların xəbər mediasının «mətbuat azadlığı adı altında düşmən, təxribatçı fəaliyyət və təbliğatla məşğul olduğunu» bildirir.

TASS jurnalistlərin «Russia Today» xəbər agentliyini təmsil etdiyini bildirir. «EUobserver» portalıysa yazır ki, onlar «Sputnik» vebsaytının sahibi olan «Rossiya Segodnya» şirkətindəndirlər, bu sayt «qondarma antiqərb kontenti» ilə ad çıxarıb.

Avropa Parlamenti «Sputnik»i «yalançı xəbər agentliyi», «Sərhədsiz Reportyorlar» təşkilatı «jurnalistikanın düşməni» adlandırır.

Avropa Jurnalist Assosiasiyasının rəhbəri Ricardo Gutierrez Estoniyanı «media azadlığına ciddi hücum»da ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG