Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:22

Moskvada saxlanan keçmiş çeçenistanlı deputatın qaldığı nömrədən ağ toz tapılıb


Umar Dzhabrailov

Avqustun 31-də saxlanmış çeçenistanlı deputat Umar Cabrailovun qaldığı oteldəki nömrədən ağ toz tapılıb.

Bu barədə RİA Novosti hüquq-mühavizə orqanlarının əməkdaşlarına istinadla xəbər verir.

Toz ekspertizaya göndərilib.

Bundan əvvəl-avqustun 30-a keçən keçə Umarovun oteldə saxlanması barədə məlumat yayılıb.

Onun şəxsi tapancasından atəş açdığı bildirilir.

Faktla bağlı cinayət işi açılıb.

Biznesmen və keçmiş deputat Umar Cabrailov 2004-2009-cu illərdə Federasiya şurasında Çeçenistanı təmsil edib.

O, həmçinin Federasiya şurasındakı beynəlxalq məsələlər komitəsinin sədr müavini və Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olub.

Cabrailov həmçinin tikinti və otel biznesi ilə məşğul olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG