Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 22:08

Donald Trump qasırğadan zərər çəkən Texas ştatına baş çəkib


Greg Abbott və Donald Trump. Texas, August 29, 2017

ABŞ prezidenti Donald Trump çərşənbə axşamı “Harvey” qasırğasından zərər çəkən Texas ştatına baş çəkib.

O ştatın Korpus Kristi və Ostin şəhərlərində olub ,federal hakimiyyətin hərtərəfli yardım göstərəcəyini vəd edib.

Amma prezident qasırğadan ən çoz zərər çəkən Hyuston şəhərinə getməyib.

Prezident səfəriylə xilasedici xidmətlər və polisin işinə mane olmaq istəməyib.

Korpus Kristi şəhəri Hyustonun 50 kilometrliyində yerləşir.

Son məlumata görə, qasırğa nəticəsində azı 22 nəfər ölüb, naməlum sayda sakin itkin düşüb.

Qasırğa Texası avqustun 25-də cənginə alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG