Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 03:02

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun avqustun 31-də Macarıstana gedəcəyi gözlənilir.

Onun Budapeşt şəhərində keçiriləcək Vişeqrad qrupu (Polşa, Çexiya, Slovakiya və Macarıstan) və «Şərq Tərəfdaşlığı» ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edəcəyi bildirilir.

Bu barədə məlumat Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən yayılıb.

Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» Proqramına Azərbaycandan başqa, Ukrayna, Gürcüstan, Moldova, Belarus və Ermənistan daxildir.

Tədbirdə nazir E.Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG