Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 07:20

ABŞ Türkiyə səfirliyindəki dava-dalaşa görə 19 nəfəri ittiham edir


Vaşinqtondakı Türkiyə səfirliyi önündə dava
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Vaşinqtondakı Türkiyə səfirliyi önündə dava

Avqustun 29-da Vaşinqtonda böyük jüri 15 türkiyəli təhlükəsizlik əməkdaşını və daha dörd nəfəri Türkiyə səfirliyindəki insidentə görə ittiham edib. İttihamnamə barədə məlumatı ABŞ prokurorları yayıb.

İnsident Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın ABŞ-a səfəri zamanı baş vermişdi. Vaşinqton polisinin rəhbəri Türkiyə səfirinin iqamətgahı qarşısındakı dinc etirazçılara «qəddarlıqla hücum» olunduğunu bildirirdi. Mayın 16-da, Erdoğan-ın amerikalı həmkarı Donald Trump-la görüşündən sonra baş vermiş insidentdə 11 nəfər yaralanıb.

ABŞ Kolumbiya Dairəsinin Prokurorluğu bildirib ki, iyunda 16 nəfərə ittiham irəli sürülmüşdü. Avqustun 29-da daha üç nəfər siyahıya əlavə olunub. Həmin üç nəfər Muhsin Kose, Yusuf AyarHarrettin Eren-dir. Prokurorlar digər təqsirləndirilənlərin adlarını açıqlamır. Ancaq onların hamısının zorakılıqda ittiham olunduğu, təqsirləri sübuta yetirilərsə, 15 ilədək həbs cəzası alacaqları qeyd olunur.

Bəzilərinə əlavə ittihamlar da var.

Onlardan ikisi polis nəzarətindədir və sentyabrın 7-də məhkəmə önünə çıxarılacaqlar.

Türkiyə səfirliyi zorakılıqda nümayişçiləri ittiham edib, onların Kürd Fəhlə Partiyasına (PKK) bağlı olduğunu bildirib. Türkiyə və Birləşmiş Ştatlar PKK-nı terrorçu qrup sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG