Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 11:29

Hindistanda baş verən daşqınlarda 500-dən çox adam ölüb


Hindistanın Bihar ştatı,22 avqust, 2017

Hindistanda baş verən daşqınlarda 500-dən çox adam ölüb.

Reutersin məlumatına görə, Muson leysan yağışları ölkənin qərbi və şərqində güclü daşqın və sürüşmələrə səbəb olub.

Bihar ştatının hakim dairələri son bir neçə gün ərzində azı 514 nəfərin öldüyünü, minlərlə adamın ev-eşiyindən didərgin düşdüyünü bəyan edib.

Məlumata görə təbii fəlakət zonası 17 milyon nəfərdən çox əhalinin yaşadığı 29 rayon, 187şəhər və 2371 kəndi əhatə edir.

Avqustun 29-da su ölkənin maliyyə paytaxtı olan Mumbay şəhərini də basıb.

Nəticədə dəmiryol əlaqəsi kəsilib, pis hava şəraitinə görə hava limanında iş pozulub.

Meteoroloqlar yağışların azı 1 sutka davam edəcəyini deyirlər.

Muson leysanları Hindistanda adətən iyul-avqust aylarına təsadüf edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG