Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 22:18

Harvi qasırğasından ABŞ-da ölənlərin sayı 14 nəfərə çatıb


Hyuston,27 avqust,1017

Harvi qasırğasından ABŞ-da ölənlərin sayı 14 nəfərə çatıb.

Bu barədə avqustun 29-da “Foks” televiziyası yerli hakimiyyətə istinadla xəbər verir.

Texas ştatının rəhbərliyi hesab edir ki, ölü sayı arta bilər, Hyustonu su basdığından təbii fəlakətin vurduğu ziyanı dəqiqləşdirmək hələ ki, mümkün deyil.

Hyuston meri Silvestr Ternerin sözlərinə görə, hazırda müvvəqqəti sığınacaq yerlərində 6 min 200 nəfərədək adam yerləşdirilib.

Texas qubernatoru Qerq Ebbott ştatın ştatın milli qvardiyasından 12 min ehtiyat qüvvənin səfərbərliyini elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG