Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:44

Avropa Komissiyasının prezidenti Moskva ilə yaxşı münasibətlərə çağırıb, amma...


Jean-Claude Juncker

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker bildirib ki, Avropa Birliyi Moskva ilə yaxşı münasibətlər axtarmalı, amma öz dəyərləri və prinsiplərindən imtina etməməlidir.

O, bunları deyərkən Krımın ilhaqı və digər məsələləri misal çəkib.

Juncker dəfələrlə Moskva ilə münasibətləri yaxşılaşdırmağa çağırıb.

Qeyd edək ki, 2014-cü ilin martında Rusiyanın Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməsinə görə Qərblə Rusiya arasındakı münasibətlər pisləşib.

ABŞ və Avropa Birliyi buna görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Moskva ittihamları rədd edir.

2014-cü ildən bu yana Ukraynanın şərqində gedən silahlı toqquşmalarda 10 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG