Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 07:19

Müəllimlərin müsabiqəsi bitdi


Sizcə, müəllim kimi işə qəbul olmağa ən çox nə lazım olur?
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Sizcə, müəllim kimi işə qəbul olmağa ən çox nə lazım olur?

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin sonuncu müsahibə mərhələsi də başa çatıb.

Təhsil Nazirliyinin mətbuat xidməti xəbər verir ki, müəllim olmaqdan ötrü imtahandan keçən namizədlərin nəticələri onların şəxsi səhifələrinə göndərilib.

Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər sentyabrın 5-nə kimi təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Müvafiq keçid balını toplayan, lakin müsahibə mərhələsində iştirak etməyən namizədlər isə 5-7 sentyabr tarixlərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə bilərlər.

Nazirlik müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinin detallarını - neçə nəfərin işə qəbul edildiyini, neçə nəfərin ələndiyini açıqlamır.

XATIRLATMA

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə iyul ayının 1-də başlanıb. Müsabiqə 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.

Rəsmi məlumata görə, imtahanlarda ümumilikdə 47 min nəfər iştirak edib.

2017-2018-ci tədris ilində məktəblərdə müəllimlərdən ötrü 8 min boş iş yeri müsabiqəyə çıxarılıb. Başqa sözlə, hər boş iş yeri uğrunda təqribən 6 nəfər mübarizə aparırdı.

Avqustun 21-dən 26-na kimi müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqənin müsahibə mərhələsi keçirilib.

Müsahibə mərhələsinə kimi 47 min namizəddən 41 mindən çoxu ələnmişdi. Son mərhələyə cəmi 6 minə yaxın namizəd qatılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG