Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:59

Ermənistan payızda Avropa Birliyi ilə tərəfdaşlıq razılaşması imzalayacaq


Serzh Sarkisian

Ermənistan payızda Avropa Birliyi ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşması imzalayacaq.

Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, bunu ümumermənistan gənclər toplantısının iştirakçıları ilə görüşdə, prezident Serzh Sarkisian suallardan birini cavablandırarkən deyib:

“Bəli biz payızda onu imzalamağa hazırlaşırıq.Nəyə görə bunu əminliklə deyirəm? Çünki sənəd artıq paraflanıb. Ona görə də bizim bu sənədi imzalamamağa əsasımız yoxdur”,Sarkisian deyib.

Sarkisian bildirib ki, biz Avrasiya və Avropa iqtisadi birliyi ilə danışıqlar aparırdıq və hər iki tərəf lap əvvəldən bildirirdi ki, heç kim bir-birinə mane olmayacaq.

Qeyd edək ki, Ermənistan ilkin olaraq “Şərq tərəfdaşlığı” proqramı əsasında Avropa iqtisadi birliyinə qoşulmağı nəzərdən keçirsə də sonda Rusiyanın başçılıq elədiyi Avrasiya iqtisadi birliyinə qoşuldu.

Yerevanla Avropa Birliyi sonradan başqa formatda əməkdaşlıq barədə razılığa gəldilər.

Avrasiya iqtisadi Birliyinə, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG