Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 18:21

Partlayış olan ərazi təmizlənir


Hərbi hissənin anbarında partlayış olub, xəsarət alanlar var
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Hərbi hissənin anbarında partlayış olub, xəsarət alanlar var

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar birgə təmizləmə əməliyyatları həyata keçirilib.

Bu prosesdə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Milli Agentliyi (ANAMA), fövqəladə hallar və daxili işlər nazirlikləri iştirak edib.

Verilən xəbərə görə, iki gün ərzində 320 min kv.m (32 ha) əraziyə baxış keçirilib. 36 partlamamış hərbi sursat və 37 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb.

Avqustun 27-si Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində yanğın və partlayış baş verib. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Yaxınlıqda yaşayan əhali təhlükəsizlik məqsədilə köçürülüb və daha sonra isə evlərinə qaytarılıblar.

Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma - ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma - ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG