Keçid linkləri

Təcili xəbərlər
2018, 20 May, bazar, Bakı vaxtı 23:38

Bu gün, avqustun 29-u səhər saat 9-dan Bakının və Gəncə şəhərinin bəzi yerlərində qazın kəsildiyi bildirilir.

«Azəriqaz» İstehsalat Birliyi baş verənləri Binəqədi şosesində yeni çəkilmiş diametri 315 millimetrlik polietilen qaz xəttinin mənbəyə qoşulması və «Gəncə» Qaz Paylayıcı Stansiyasının yenidən qurulması ilə izah edib:

«İşlər yekunlaşanadək Binəqədi rayonunun, 6, 7, 8, 9-cu mikrorayonlarının, Rəsulzadə, Biləcəri, Xutor qəsəbələrinin, «Motodrom» adlanan ərazinin və Gəncə şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq».

Ancaq sözügedən ərazilərdə qazın nə vaxt veriləcəyi açıqlanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG