Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 17:57

Şimali Koreyanın hərəkətinə sərt cavab gəldi


Shinzo Abe və Donald Trump

Pxenyan avqustun 29-da 2009-cu ildən bəri ilk dəfə olaraq Yaponiya üzərinə ballistik raket buraxıb. Bundan dərhal sonra ABŞ prezidenti Donald Trump və Yaponiyanın baş naziri Shinzo Abe Şimali Koreyaya təzyiqi artırmaq barədə razılığa gəliblər.

«Onların ölkəmiz üzərinə raket buraxması görünməmiş, ciddi və böyük təhlükədir, regional sülh və təhlükəsizliyə ciddi ziyan vurur», – Abe Tokioda deyib. O, BMT-nin Təhlükəsizlik Şurasını təcili toplanmağa çağırıb.

Şura elə bu yaxınlarda Pxenyana yeni sərt sanksiyalar qoymuşdu.

Yaponiya rəsmilərinin sözlərinə görə, raket ölkənin şimal adası olan Hokkaydo yaxınlığında su üzərində parçalanıb. Raketin 550 kilometr hündürlükdə 2 min 700 kilometr qət etdiyi bildirilir.

Rəsmilər bu raketin Şimali Koreyanın mayda buraxdığı güclü ortamənzilli raketə bənzədiyini qeyd edirlər. Həmin raket Birləşmiş Ştatlara çatmaq gücündə idi. Pentaqon raketin Şimali Koreyaya təhlükə yaratmadığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG