Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 05:54

Macarıstanda atom stansiyasıyla bağlı iş gələn il başlana bilər


Viktor Orban və Vladimir Putin

Macarıstanın yeganə atom elektrik stansiyasının genişləndirilməsiylə bağlı iş gələn ilin əvvəlində başlana bilər. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Putin avqustun 28-də Macarıstan paytaxtı Budapeştə səfəri zamanı ölkənin baş naziri Viktor Orban-a deyib ki, Pakş tikinti sahəsində iş artıq gələn ilin əvvəlində start götürə bilər.

2014-cü ildə Moskvaya səfəri çərçivəsində Orban Rusiyayla 10 milyard avroluq (12 milyard dollar) kredit sazişi imzalayıb. Məqsəd Budapeştdən 130 kilometr cənubda yerləşən «Pakş» atom stansiyasını genişləndirməkdir.

«Pakş»ı genişləndirməyə Avropa qurumları da icazə verib.

Bu arada Macarıstanın müxalifət partiyaları Putin-in səfərinə etiraz ediblər. Onlar Orban-ın Rusiya liderinə çox yaxın olduğunu iddia edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG