Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 22:58

Avqustun 28-də saat 13:00 radələrində Yerevanın Nairit kimya zavodunda partlayış və yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, saat 14:00-a yanğın lokallaşdırılıb və onun ətrafa yayılması təhlükəsinin qarşısı alınıb.

FHN bildirir ki, Yerevan sakinlərinə kimyəvi maddələrlə zəhərlənmək təhlükəsi yoxdur.

Nairit kauçuk və rezin maddələr istehsalı üzrə ixtisaslaşır.

Zavod soda və digər kimyəvi maddələr də istehsal edir.

Zavod son illər daim maliyyə problemlərilə üzləşir. 2 il qabaq zavodun işçilərinin 60 faizdən çoxu ixtisar olunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG