Sentyabrın 7-si Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Moskvaya səfəri gözlənilir.
Bu barədə QMİ-dən bildiriblər.
Bu səfər çərçivəsində onun bütün ermənilərin katolikosu II Qaregin ilə görüşü gözlənilir. Təşkilatçının Rusiya patriarxı Kirillin olduğu bildirilir.
Verilən məlumata görə, görüşdə, əsasən, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılacağı nəzərdə tutulur:
«Münaqişənin həllinə dini liderlərin verə biləcəkləri töhfələr müzakirə ediləcək», - QMİ-dən bildirilib.
Bu formatda görüşlər Qarabağ münaqişəsi başlayandan bu yana tez-tez keçirilir.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə əldə edilən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ətraf 7 rayon və daha bir çox kənd işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.