Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 08:06

İslam Karimovun kiçik qızı səfir vəzifəsindən istefa verdi


Gulnara Karimova (solda) və Lola Karimova (sağda)

Keçən il ölən Özbəkistan prezidenti İslam Karimovun kiçik qızı Lola Karimova-Tilyayeva UNESCO-da Özbəkistanın təmsilçisi vəzfəsindən istefa verib. O, bunu avqustun 28-də elan edib.

39 yaşlı Lola Karimova deyib ki, bütün diqqətini İslam Karimov adına Xeyriyyə Fondunda cəmləmək istəyir.

27 il ölkə prezidenti olan İslam Karimovun böyük qızı Gulnara Karimova isə 2015-ci ildə 5 il şərti həbs cəzası alıb. Bu, Özbəkistanda ev dustaqlığı deməkdir.

Gulnara Karimova bu cəzanı mənimsəməyə görə alıb. Hazırda onun barəsində pul yuma, vergidən yayaınma və bu kimi ittihamlarla istintaq gedir.

Karimova-Tilyayeva isə deyir ki, artıq neçə ildir ki, onun Gulnara Karimova ilə heç bir əlaqəsi yoxdur. Lola Karimovanın əri özbək biznesmeni Timur Tilyayevdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG