Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 12:40

WP:"Trump həm prezident olmaq, həm də Moskvada ev tikmək istəyirdi"


Trump suallara cavab verir

Donald Trump ABŞ prezidentliyi uğrunda kampaniya apardığı vaxt- 2015-ci ilin sonunda və 2016-cı ilin əvvəlində onun şirkəti Moskvada tikinti layihəsini reallaşdırmağa çalışırmış.Bunu Washington Post qəzeti avqustun 27-də yazır.

Məsələ ilə tanış olan mənbələrə istinad edən qəzet yazır ki, o vaxt investorlar və Trump OrganisationMoskvada Trump Qülləsini tikmək istədikləri haqda məktub imzalayıblar.

Ancaq torpaq sahəsinin və tikinti icazələrinin olmaması üzündən 2016-cı ilin yanvarında layihə bir kənara qoyulub.

Hələlik bu məlumatı Ağ Ev və Trump Organisation şərh etməyiblər.

Hazırda Konqres Komitəsi və FBİ Trumpın seçki kampaniyası ilə Moskvanın əlaqələrini araşdırır.

Trumpın vəkili Stephen Ryan isə deyib ki, Trump istintaqla əməkldaşlıq edir və Moskvadakı tikinti layihəsi ilə bağlı bütün sənədləri verəcək və sualları cavablandırcaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG