Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:33

İraq ordusu bildirir ki, Tal-Afar şəhərini, demək olar, bütünlükdə tutublar. Bu şəhər «İslam Dövləti» (İŞİD) ekstremistlərinin ölkənin şimal-qərbində əsas istehkamı sayılırdı. Ancaq yaraqlıların yaxınlıqda bir rayonu hələ də nəzarətdə saxladığı bildirilir.

Ordu avqustun 27-də bildirib ki, səkkizgünlük döyüşlərdən sonra Tal-Afarın 29 rayonu İŞİD yaraqlılarından alınıb.

İraqın briqada generalı Yahya Rasool-un sözlərinə görə, ordu əl-Əyadiyə rayonunu da ələ keçirəndən sonra qələbəni elan edəcək. Bu rayon Tal-Afarın 11 kilometrliyində yerləşir, şəhərdən qaçan yaraqlılar buraya sığınır.

İŞİD Mosuldan çıxarılandan sonra Tal-Afar İraq qüvvələrinin ən böyük hədəfiydi.

Avqustun 20-də hücum başlayanda bu şəhərdə 2 min yaraqlının olduğu bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG