Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 20:19

Parisdə miqrant böhranını müzakirə edirlər


Miqrantlar

Almaniya, Fransa, İtaliya və İspaniya liderləri üç Afrika ölkəsindən həmkarları ilə görüşəcək, Avropa Birliyinin miqrant böhranını yüngülləşdirməyin yollarını axtaracaqlar.

Liviya, Çad və Niger liderləri ilə görüş avqustun 18-də Parisdə baş tutacaq. Bu mini-sammit Fransa prezidenti Emmanuel Macron-un dəvətiylə keçirilir.

BMT-nin hesablamalarına görə, bu il 125 min miqrant Aralıq dənizindən qayıqla təhlükəli səyahətə çıxıb, çoxu da ilk öncə İtaliyaya gedib, bəziləri daha sonra digər AB üzlərinə keçə bilib.

Bu təhlükəli səfərdə 2 min 400 miqrantın həlak olduğu bildirilir.

Danışıqlarda Almaniya kansleri Angela Merkel, İspaniyanın baş naziri Mariano Rajo, İtaliya lideri Paulo Gentiloni, AB təmsilçisi Federica Mogherini iştirak edəcək.

Avropalılar Afrika ölkələrinə yardım təklif edir, əvəzində iqtisadi miqrant və sığınacaq axtaranların axınının azaldılmasında yardım istəyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG