Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 19:56

Floyd Mayweather Conore McGregor-a belə qalib gəldi ( Video)


ABŞ, Las Veqas. Floyd Mayweather-in Conor McGregor-a qalib gəldiyi görüş. 26 avqust 2017-ci il

Peşəkar boksçu Floyd Mayweather-lə peşəkar MMA döyüşçüsü Conore McGregor arasında keçirilən görüş boksçunun qələbəsi ilə başa çatıb.

Floyd Mayweather avqustun 26-da keçirilən döyüşdən sonra bununla karyerasına son vurduğunu bəyan edib.

“Xanımlar və cənablar bu gün axşam mənim son düyüşüm idi. Mən “rəqs eləmək” üçün münasib rəqib seçdim”,40 yaşlı boksçu deyib.

Amerikalı Floyd Mayweather, 29 yaşlı irlandiyalı Conore McGregor-ə10-cu raundda texniki nokautla qalib gəlib.

Los Ancelesdə keçirilən bu döyüş Mayweather üçün həm də tarixi görüş olub.

O, bu görüşdən sonra 50 görüşdə 50 qələbə ilə əfsanəvi amerikalı boksçu Rocky Marciano-nun rekordunu qırıb.

29 yaşlı McGregor döyüşün əvvəlində üstün görünsə də peşəkar boksçu təxminən 4-cü raundan sonra təşəbbüsü əlinə almağa başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG