Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 13:15

Işçi Qrup Azərbaycana sanksiyalar tələb edir


Mehman Əliyev

“Mehman Əliyevin həbsi, “Turan” İnformasiya Agentliyinin bağlanması Azərbaycan hökumətinin insan haqları və azadlıqlar məsələsində güzəştə getmək fikrində olmadığının növbəti dəfə ultimativ nümayişidir”.

Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupun müraciətində belə yazılır.

“M.Əliyevin həbsi ilə ölkədə siyasi məhbusların sayı158-ə yüksəlib. Onlardan 10-u jurnalist və bloggerlərdir", sənəddə deyilir.

İşçi Qrup müraciəti BMT, Avropa Şurası, ATƏT, Avropa Birliyi, Dünya Bankı və digər beynəlxalq təşkilatlara ünvanlayıb:

“Avtoritar Azərbaycan hökuməti ilə danışıqlarda, işbirliyində insan haqları və demokratiya məsələsindən alver predmeti kimi istifadə edilməsinə, vətəndaş cəmiyyətinə qarşı repressiyalara göz yumulması siyasətinizə son qoyulsun. Biz, Avropa Şurasının Parlament Assambleyasından, Nazirlər Komitəsindən Azərbaycanda siyasi məhbuslarla bağlı məsələnin həllində süründürməçiliyə son qoymağı və ölkədəki ağır duruma adekvat addımlar atmağı tələb edirik. Sizin laqeydliyiniz repressiv hökuməti ölkədə vətəndaş cəmiyyətinin fəaliyyəti üçün müstəvini daha da daraltmağa təşviq edir. Biz, ABŞ və Avropa Birliyi ölkələri hökumətlərini Azərbaycanda ünvanlı sanksiyaları tətbiq etməyə çağırırıq"

Sənəd müəllifləri həmçinin, beynəlxalq maliyyə institutlarını ölkədə vətəndaş cəmiyyətinin normal fəaliyyətinə şərait yaranana kimi Azərbaycanın həyata keçirdiyi beynəlxalq və yerli xarakterli iqtisadi layihələrə dəstəyi dayandırmağa səsləyib.

Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupa keçmişməhbuslar, jurnalistlər və hüquq müdafiəçiləridaxildir.

Ancaq Azərbaycan hökumətinin təmsilçiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

Avqustun 25-i məhkəmə qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoruMehman Əliyev haqqında noyabrın 7-nə kimi həbs qəti imkan tədbiri seçilib. O, Kürdəxanıdakı istintaq təcridxanasına yerləşdirilib.

Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irləi sürülüb. Müdafiə tərəfi ittihamları qəbul etmir və ounu siyasi sifariş sayır.

Vergilər Nazirliyi avqustun 8-də“Turan” Agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. Avqustun 17-də isə artıq, agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Hüquqşünaslar bu tələbi qanunsuz sayır.

Üstəlik, agentliyin bütün bank hesabları dondurulub. “Turan” İnformasiya Agentliyinin kollektiv bəyan edib ki, sentyabrın 1-dən fəliyyətlərini qeyri müəyyən bur vaxta kimi dayndırmaq məcburiyyətindədirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG