Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 20:19

Londonda polislərə hücum edən şəxs saxlanıb


Foto arxiv

Londonda polislərə bıçaqla hücum edən şəxs saxlanıb.

Azadlıq Radiosunun BBC-ə istinadla verdiyi məlumata görə, insident Bukinqem sarayının ətrafında baş varib.

Hücum edənin 26 yaşı olduğu bildirilir.

Polislər, onun sarayın yaxınlığında dayanmış maşınında böyük bıcaq görüb və onu saxlamaq qərarına gəliblər.

Bu vaxt o, polislərə hücum edib.

Nəticədə polislər yüngül xəsarət alıb, hücum edənsə həbs edilib.

BBC-nin məlumatına görə hücum edənin özü də yüngül xəsarət alıb.

İnsidentdən sonra ərazi mühasirəyə alınıb.

Son aylar Böyük Britaniyada bir neçə terror aktı tərədilib.

İyunun 3-də terrorçuların London körpüsündə avtomobili kütlənin üstünə sürməsi və adamlara hücum eləmələri nəticəsində 7 nəfər öldü, 50-ə yaxın adamsa yaralandı.

Bu hücuma görə cavabdehliyi “İslam dövləti” qrupu üzərinə götürddü.

Günün bütün mövzuları

XS
SM
MD
LG