Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:22

Həcc yolçuluğu davam edir


Həcc ziyarəti

Bu gün, avqustun 26-da Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların son qrupları yola salınıb.

Zəvvarların ilk qrupu avqustun 24-də yola salınıb.

Onların qayıdışı sentyabrın 12-nə planlaşdırılır.

Bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedir. Ziyarət ancaq təyyarə vasitəsilə mümkündür. İraq və Suriya ərazilərindəki silahlı münaqişələr üzündən Azərbaycandan avtobusla Həccə getmək dayandırılıb. Ziyarət zəvvarlara təqribən 3580 dollara başa gəlir.

Buna da bax:​ Həccə təkrar getməyin qiyməti qalxır

2015-ci ildə Azərbaycanda iki devalvasiyadan sonra (manat dollara nisbətən iki dəfə dəyər itirib) manatla Həcc ziyarəti kəskin bahalaşıb. Son illər zəvvarların sayında bəlli azalma var. Hətta bu il Həccə Azərbaycandan əvvəlcə 600 zəvvarın gedəcəyi gözlənilirdi. Sonradan 300 nəfərin artdığı açıqlandı. Halbuki, ötən il kvota 1500 nəfərdən 1040 nəfərə endirilmişdi. 2015-ci ildə isə Azərbaycandan Həccə 2 min 400 zəvvar getmişdi. Əvvəlki illərdə bu rəqəm daha yüksək idi.

Həcc ziyarətinin tərkib hissəsi olan Qurban bayramı bu il sentyabrın 1-nə təsadüf edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG