Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 09:52

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.

"Naxçıvan TV" saytının xəbərinə görə, bununla bağlı avqustun 25-i Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.

Fərmana əsasən Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.

Ali Məclis sədrinin həmin tarixli digər fərmanı ilə Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Buna da bax:​ Vasif Talıbovun oğlunun şirkəti büdcə sifarişlərini müsabiqəsiz qazanır

Xatırlatma

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iyulun 28-də verdiyi sərəncam ilə Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilmişdi. Bəzi kütləvi informasiya vasitələri hazırda Əhməd Əhmədovun “ev dustağı” olduğunu yazsa da, bu rəsmən təsdiqini tapmayıb. Əhməd Əhmədovdan nazir işlədiyi dönəmlərdə Naxçıvandan olan hüquq müdafiəçiləri və jurnalistlər şikayətlər ediblər. Muxtar Respublikada baş verən bir sıra hüquq pozuntularında məhz onun adı hallanıb. Ancaq bəzi ekspertlər də deyirlər ki, Əhməd Əhmədov Naxçıvan daxili işlər naziri işlərkən ona yuxarıdan verilən tapşırıqları yerinə yetirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG