Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 21:05

Gözəl Bayramlı ev dustaqlığına buraxılmadı


Gözəl Bayramlı

Nəsimi Rayon Məhkəməsi bu gün, avqustun 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının ev dustaqlığına və ya girov əvəzində azadlığa buraxılması barədə vəsatətə baxıb.

Bu haqda onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Deməsinə görə, vəkil iclasda bildirib ki, G.Bayramlı barəsində məhkəməyə qədər həbs qərarına onun istintaqdan yayına, yenidən cinayət törədə biləcəyi səbəb göstərilib. Ancaq məhkəmə bu qərarını əsaslandırmayıb. Həm də G.Bayramlının səhhətində ciddi problemlər var. Onun məhkəməyəqədər azadlıqda olması müalicə edilməsinə şərait yaratmış olardı.

Buna da bax:​ Vəkil: ‘Gözəl Bayramlı rəsmi açıqlamanı təkzib edir’

Vəkil həmçinin qeyd edib ki, həm milli, həm də beynəlxalq qanunvericilik məhkəməyəqədər həbs qərarı verilməsinin 4 əsasını müəyyən edir. Bunlar şəxsin gizlənmə, istintaqa mane olmaq təhlükəsinin olması, şəxsin yeni cinayətlər törətməsinin qarşısını almaq və ictimai asayişi qorumaq zərurətləridir. Vəkil məhkəmədə vurğulayıb ki, G.Bayramlının işində bu əsasların heç biri mövcud deyil.

Vəkilin deməsinə görə, istintaq qurumunun nümayəndəsi isə müdafiə tərəfinin arqumentlərinə qarşı çıxıb. Bildirilib ki, G.Bayramlı barəsində seçilən həbs qətimkan tədbiri dəyişdirilərsə, o, şahidlərə təsir edə bilər.

Hakim Babək Pənahov təqdimatı rədd edib.

Buna da bax: Vəkilləri Gözəl Bayramlı ilə Əfqan Muxtarlının azadlığın istəyir

G.Bayramlının vəkilləri qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Vəkilləri bundan əvvəl Gözəl Bayramlının hər iki qıçında şiş olduğunu, yeriməkdə çətinlik çəkdiyini bilrmişdilər.

Onun saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi isə vəkillərə məktub yazaraq bildirmişdi ki, Gözəl Bayramlı bütün müayinələrdən keçib. Onun səhhətində ciddi problem yoxdur.

XATIRLATMA

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Avqustun 17-də bu müddət daha iki ay uzadılıb.

Buna da bax:​ Təcridxana rəisi: 'Gözəl Bayramlının səhhəti narahatlıq doğurmur'

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicə məqsədilə gedib. Son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunub.

AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.

Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG