Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 15:01

Tbilisidəki ABŞ səfirliyi Rusiya vətəndaşlarına viza verməyə hazırdır


Tbilisi

Gürcüstandakı ABŞ səfirliyi Rusiya vətəndaşlarına viza verməyə hazır olduğunu bəyan edib.

Bu barədə avqustun 25-də Azadlıq Radiosunun müxbiri Kobaladze məlumat verir.

Bu bəyanat Moskvadakı ABŞ səfirliyində gözləmə müddətinin uzun sürməsi ilə bağlı ola bilər.

Sentyabrdan rusiyalılar yalnız Moskvadakı ABŞ konsulluğundan viza ala biləcəklər.

ABŞ bunun səbəbini Rusiya rəhbərliyinin ölkədəki diplomatik missiyaların əməkdaşlarının syını azaltması ilə izah edir.

Gürcüstandakı ABŞ səfirliyinin bəyanatı Rusiyanın Şimali Qafqaz regionu, Krasnodar və Stavropol diyarlarının sakinləri üçün maraqlı ola bilər.

Gürcüstan rəhbərliyi bundan əvvəl birtərəfli qaydada Rusiya vətəndaşlarına qarşı viza rejimini ləğv edib və bu regionların sakinləri bir neçə saata Tbilisiyə gedə bilərlər.

Gürcüstandakı ABŞ səfirliyindən viza alamaq 8 gündən çox sürmür.

Günün bütün mövzuları

XS
SM
MD
LG