Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 09:16

Kubadakı “akustik hücumda” ABŞ səfirliyinin azı 16 əməkdaşı xəsarət alıb


Heather Nauert

Kubadakı “akustik hücumda” ABŞ səfirliyinin azı 16 əməkdaşı xəsarət alıb.

Bunu avqustun 24-də ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert bəyan edib.

Dövlət Departamenti hazırda insidentlə bağlı istintaq aparır, amma Vaşinqtonda “hücumun” mənbəyi və səbəbi barədə hələlik heç bir məlumat yoxdur.

“Biz təsdiqləyə bilərik ki, səfirlikdə işləyən azı 16 dövlət qulluqçusunda bu və ya digər simtomlar müşahidə olunub”, Nauret jurnalistlərə deyib.

ABŞ Dövlət Departamenti bundan əvvəl, Kubadakı ABŞ diplomatlarına hansısa “akustik hücum” edilməsi və səfirliyin bir sıra əməkdaşlarının eşitmə qabiliyyətini itirmələri barədə məlumatı təsdiqləyib.

Rəsmi Havana diplomatlara qarşı hansısa silah işlədilməsi ilə bağlı şübhələri rədd edib.

Kuba rəhbərliyi bildirib ki, öz ərzisində diplomatlara hücum edilməsinə heç bir halda imkan verilə bilməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG