Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 12:38

Şimal və şərq rayonlarında yağış gözlənir


Yağış

Avqustun 26-sı Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ancaq səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir.

Mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Abşeronda gecə 21-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında da yağıntı gözlənilmir. Ancaq bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Gecə 18-23, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG