Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 07:27

Nemtsovun abidəsi ətrafında növbə çəkən fəal xəstəxanada keçinib


Foto arxiv

Naməlum adam tərəfindən burnu sındırılmış rusiyalı fəal İvan Skripnichenko Moskva xəstəxanasında keçinib.

Bu barədə avqustun 25-də Azadlıq Radiosunun Rusiya xidməti “Mediazona” portalına istinadla məlumat yayıb.Onun burnu Boris Nemtsovun qətlə yetirildiyi yerdə sındırılıb.

İvan Skripnichenko həmin yerdə Nemtsova qoyulmuş memorialın ətrafında növbə çəkirmiş.

Ona avqustun 15-də-körpüdə növbə çəkərkən hücum edilib.

Şahidlərin sözlərinə görə, hücum edən ona qışqıraraq deyib: “Sən Putini sevmirsən?”.

Məlumata görə Skripnichenko hücumdan sonra xəstəxanaya götürülüb və burun sınığı diaqnozu qoyulduqdan sonra polisə şikayət yazmaq üçün evə yollanıb.

Polis hücum edəni tapmayıb.

Şahidlərin sözlərinə görə, Skripnichenko bir neçə gündən sonra sınığı düzəltəmək üçün xəstəxanaya gəlib və avqustun 23-də orda keçinib.

Hələlik məhkəmə ekspertizasının nəticəsi yoxdur, amma fəal deyir ki, o, çox güman ki, trombun qopmasından ölüb.

Boris Nemtsov 2015-ci il fevralın 27-də Kremlin yaxınlığındakı Böyük Moskva körpüsündə güllələnib.

O, Putinin əsas tənqidçilərindən biri didi.

Günün bütün mövzuları

XS
SM
MD
LG