Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 03:00

Şimali Koreya Moskvada ilk turizm şirkətini açır


Foto arxiv

Şimali Koreya Rusiyada özünün ilk turist bürosunu açır.

Bu barədə avqustun 24-də “Qazetı.Ru”-nun müxbiri Rusiya turizm agentlikləri ittifaqının prezidenti Sergei Golova istinadla xəbər verir.

“NKorean” turizm şirkəti 2017-ci ildə yaradılıb.

Koreya hökumətinin razılığı ilə açılan bu şirkət Rusiyadakı Koreya səfirliyinin dəstəyi ilə fəaliyyət göstərəcək və Şimali Koreyaya gedən turistlərin təhlükəsizliyinə tam təminat veririləcək.

Şimali Koreya səfirliyinin müşaviri Kim Sen Xunisə bu münasibətlə keçirilən mətbuat konfransında deyib ki, onun ölkəsinin nüvə gücü Koreya yarımadasında sülh və təhlükəsizliyə təminat verir.

O həmçinin bildirib ki, Şimali Koreya viza rejimini sadələşdirəcək, gözləmə müddəti isə 3-4 həftədən 3-5 günə endiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG