Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 12:29

Pentaqon rəhbəri:"Rusiya suveren dövlətin sərhədlərini güclə dəyişməyə çalışır"


Jim Mattis

“Rusiya Ukrayna münaqişəsnin həlli ilə bağlı Minsk razılaşmasının şərtlərini yerinə yetirmir və güc yolu ilə suveren dövlətin sərhədlərini dəyişməyə cəhd edir”.

Azadlıq Radiosunun avqustun 24-də Reuters-ə istinadla verdiyi məlumata görə, bunu ABŞ-ın müdafiə naziri James Mattis Kiyevdə Ukrayna prezidenti Petro Poroshenko ilə görüşdən sonra deyib.

Pentaqon rəhbəri Kiyevə Ukraynanın müstəqilliyinin ildönümü münasibəti ilə gedib.

O, qeyd edib ki, Moskva Ukraynana ölümcül silah verilməsinin mümkünlüyünüə baxır və bu barədə Prezident Donald Trump-a məlumat verəcək.

Pentaqon rəhbəri həmçinin Ukraynanın şərqindəki münaqişənin diplomatik yolla həllinə kömək etməyə hazır olduğunu bildirib.

Görüşdə Ukraynaya BMT qüvvələrinin göndərilməsi də müzakirə olunub.

2014-cü ildən bu yana Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında gedən toqquşmalarda 10 mindən çox adam ölüb.

Beynəlxalq aləm Rusiyanı separatçıları dəstəkləməkdə günahlandırır.

Rusiya ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG