Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:28

Rövnəq Abdullayevdən 'Qarabağ' açıqlaması


Azarkeşlər 'Qarabağ'ın uğurunu bayram edirlər [Video]
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

Azarkeşlər 'Qarabağ'ın uğurunu bayram edirlər [Video]

««Qarabağ»ın qazandığı bu tarixi uğurun şahidi olduğumuz üçün çox sevincliyik. Bu nailiyyət Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridir».

Bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev «Qarabağ» klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi münasibətilə deyib. Bu barədə qurumun internet saytı xəbər yayıb.

AFFA rəhbəri deyib ki, «Qarabağ» klubu bununla Azərbaycan futbolunda bir ilkə imza atıb.

««Qarabağ» klubunun rəhbərliyini, məşqçilərini, inzibati heyətini, futbolçularını və təbii ki, bütün oyunlarda komandaya inanan, dəstəyini əsirgəməyən azarkeşləri bu zəfər münasibətilə təbrik edirəm. Azərbaycan futbol ictimaiyyəti adından «Qarabağ»a Çempionlar Liqasının qrup mərhələsində uğurlar arzulayıram», - R.Abdullayev bildirib.

Avqustun 23-də UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın «Kopenhagen» klubu ilə qarşılaşan «Qarabağ» (2:1) uduzsa da, iki oyunun nəticələrinə görə, qrup mərhələsinə adlayıb. «Qarabağ» Danimarka təmsilçisini Bakıda 1:0 hesabı ilə məğlub etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG