Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 03:41

Rotterdamda terror təhlükəsinə görə rok-konsert təxirə salınıb.

Reuters-n məlumatına görə, polis konsert zalının ətrafında içərisində qaz balonları olan İspaniya nömrəli avtobus aşkar edib.

Avtobusun sürücüsü həbs edilib və sorğu-sual üçün polis bölməsinə aparılıb.

Şəhər meri Ahmed Abutaleb-in sözlərinə görə hakimiyyətə insidentdən bir az əvvəl İspaniyanın hüquq-mühavizə orqanlarından terror təhlükəsi barədə məlumat daxil olub.

Avqustun 17-də Barselonada törədilən terror aktlarından sonra Avropada təhlükəsizlik sahəsində vəziyyət gərgin olaraq qalır.

Həmin terror aktlarında 15 nəfər ölüb, 100-dən çox adamsa xəsarət alıb.

Bu hücuma görə cavabdehliyi “İslam dövləti” qrupu üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG