Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 17:54

Satirik şairin işgəncə iddiası təmin olunmadı


Satirik şair Tofiq Həsənli

“Həbs olunanda mənə dedilər ki, narkotik ittihamını təsdiqləməliyəm. Məni hədələdilər, ittihamı rədd edəndə, butulka ilə hədələdilər. Əxlaqsız hərəkətlər edəcəklərini dedilər”.

Vəkillinin bildirməsinə görə, həbsdəki satirik şair Tofiq Həsənli bu gün, avqustun 23-də Səbail Rayon Məhkəməsindəki çıxışında belə deyib.

Buna da bax:​ Ali Məhkəmə satirik şairin şikayətini rədd edib

Səbail Rayon Məhkəməsi satirik şairin işgəncə iddiasına baxıb. Satirikin vəkilləri onun işgəncəyə məruz qalması iddiası üzrə cinayət işinin açılmasından ötrü əvvəlcə Baş Prokurorluğa müraciət etmişdilər. Ancaq prokurorluq cinayət işi açılmasına əsas görməmişdi. Səbail Rayon Məhkəməsi prokurorluğun qərarından verilən şikayətə baxıb.

Proseslə bağlı AzadlıqRadiosu-na T.Həsənlinin vəkili Elçin Sadıqov məlumat verib. Onun deməsinə görə, satirik məhkəmədə hədələnməsinin real olduğunu bildirib. Deyib ki, məhz hədələrdən çəkindiyindən ittihamları istintaq zamanı təsdiqləmək zorunda qalıb. Satirik məhkəmədən ədalətli qərar çıxarmağı xahiş edib.

Vəkil də çıxışında satirikin işgəncəyə məruz qalamamaq hüququnun pozulduğunu bildirərək, pozuntunun tanınmasını xahiş edib.

Buna da bax:​ Satirik şairi gətirmədilər, məhkəmə təxirə düşdü

Ancaq hakim Azər Tağıyev şikayəti rədd edib.

Məhkəmədən sonra vəkil qərarla razılaşmadıqlarını, apellyasiya şikayəti verəcəklərini bildirib.

Satirik şairin saxlanarkən və ilkin dindirilmələrdə hədələnməsi ilə bağlı iddialarına, hələlik, Daxili İşlər Nazirliyindən (DİN) hər hansı münasibət bildirilməyib. Satirik şairi DİN əməkdaşları saxlayıblar.

Buna da bax:​ Vəkil: 'Həbsdəki satirik şairin ürək ağrıları var'

XATIRLATMA

Satirik şairi Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Onun apellyasiya və kassasiya şikayətləri də təmin olunmayıb.

T.Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə tanınır.

2005-ci ildə də O, narkotikə görə üç il müddətinə azadlıqdan məhrum edilib. Amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

Buna da bax:​ 'Ombudsman satirik şairin işgəncə iddiasını araşdırmayıb'

T.Həsənli “Facebook” və “Youtube” hesablarında satiralarını yaymağa davam edib. 2015-ci ilin yanvarında O, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb. Buna qədər onun xaricdən yayımlanan «Azərbaycan saatı» proqramında tənqidi şerləri oxunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG