Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 23:30

Qeyri-neft ixracında pomidor liderlik edir


Dövlət Statistika Komitəsi

Bu ilin 7 ayında Azərbaycanda qeyri-neft ixracının həcmi 855 mln. dollar olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında belə yazılır.

Məlumatda bildirilir ki, ixrac əməliyyatlarında 1333 subyekt iştirak edib. Bu ilin 7 ayı ərzində qeyr-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistanın adı var.

Buna da bax:​ Prezident: 'Əsas məqsəd qeyri-neft məhsullarının ixrac edilməsidir'

7 aylıq məlumatların təhlilinə görə, qeyri-neft sektoru üzrə ixracata pomidor (tomat) liderlik edir. 7 ayda 127,9 milyon dollarlıq pomidor və onun məhsullarının ixrac edildiyi bildirilir.

60,7 milyon dollarlıq qızıl, 54,4 milyonluq isə polietilen ixrac olunub.

Məlumatda vurğulanır ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 7 ayda pambıq lifi ixracı 8.3, elektrik enerjisi 3.2 dəfə, çay 60, meyvə-tərəvəz 42, kimya sənayesi məhsulları 30 faiz artıb.

2017-ci ilin iyul ayında qeyri-neft sektoru üzrə 459 subyekt üzrə 117 milyon dollar dəyərində ixrac əməliyyatları həyata keçirilib.

Buna da bax: Fermer: 'Qəbələdə sırf monopoliyadır, polis yolda fındığı...' [video]

Ancaq Azərbaycanın bütünlükdə ixracında əsas yeri ( təqribən 80 faiz) neft və qaz tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG