Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 04:23

Sentyabrda bank ombudsmanı fəaliyyətə başlayacaq


Bağlanmış "Zaminbank"

Sentyabr ayında Azərbaycanda bank ombudsmanı institutu fəaliyyətə başlayacaq.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) məlumatında bildirilir ki, bank ombudsmanı institutunun yaradılmasında məqsəd müştərilərin banklara etimadının gücləndirilməsi və tərəflər arasında yaranan mübahisələrin məhkəməsiz həll edilməsidir.

Ombudsman kreditlərin ödənilməsi və əmanətlərin qaytarılmasına aid çətinliklərin aradan qaldırılması məsələlərində vasitəçi qismində çıxış edəcək.

Buna da bax:​ Beynəlxalq Bank - restrukturizasiya yoxsa müflis? [video]

İlkin mərhələdə bank ombudsmanı 2 min dollar və ya 3 min manata kimi maliyyə mübahisələrinə baxacaq.

Bank ombudsmanı ABA yanında fəaliyyət göstərəcək.

Azərbaycanda 1,8 milyard manat həcmində vaxtı keçmiş kreditin olduğu bildirilir.

Bank ombudsmanının yaradılması ilə bağlı qərar bu il aprelin 14-ü Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclasında qəbul olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG