Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 12:20

Ali Məhkəmə cəbhəçi müəllimin şikayətini təmin edib


Məktəb (arxiv fotosu)

Ali Məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qəbələ rayon şöbəsinin sədri, məktəb müəllimliyindən çıxarılan İlham Quliyevin şikayətini təmin edib.

Bu haqda AzadlıqRadiosu-na İ.Quliyevin vəkili Tural Hacıbəyli bildirib.

İ.Quliyev Qəbələ rayonunun Hacıalılı kənd orta məktəbində çalışıb. 2016-cı ildə o, işdən çıxarılıb. İlham Quliyev bunu müxalif siyasi qüvvələrin etiraz aksiyasında iştirak etməsi ilə izah edib.

Buna da bax:​ Tar müəllimini niyə işdən azad ediblər?

Vəkilin bildirdiyinə görə, bunu qanunsuz sayan İ.Quliyev məhkəməyə üz tutub. Məhkəməyə müraciətində Hacıalılı kənd tam orta məktəbində işə bərpa olunmasını və məcburi işburaxma müddətindan ötrü orta aylıq əməkhaqqının ödənilməsini istəyib. Qəbələ Rayon Məhkəməsi, ardınca da Şəki Apellyasiya Məhkəməsi cəbhəçinin şikayətini rədd edib.

Şəki Apellyasiya Məhkəməsinin qərarından verilmiş şikayətə Ali Məhkəmə bu gün, avqustun 23-də baxıb. Ali Məhkəmənin Mülki Kollegiyası kassasiya şikayətini təmin edib.

Qərara əsasən, Şəki Apellyasiya Məhkəməsinin aprelin 3-də verdiyi qərar ləğv edilib. Şəki Apellyasiya Məhkəməsi AXCP rayon təşkilatının sədrinin müraciətinə yenidən baxacaq.

Buna da bax: Cəbhəçi və xanımı işdən çıxarılıb [yenilənib]

Xatırlatma

AXCP-nin də daxil olduğu Demokratik Qüvvələrin Milli Şurası ötən il konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumla etiraz olaraq Bakı şəhərində icazəli aksiya keçirib.

Bundan sonra AXCP açıqlamışdı ki, etirazlarda iştirak etdiklərinə görə, büdcədən maliyyələşən dövlət qurumlarında çalışan onlarla cəbhəçi işdən uzaqlaşdırılıb.

İlham Quliyev də onlardan biri idi.

Buna da bax:​ AMF müəllimlərin işdən çıxarılmasını pisləyir

Ötən il sentyabrın 19-da keçirilən referendumda isə konstitusiyaya bir sıra dəyişiklik edilib. Həm prezidentlik müddəti, həm də səlahiyyəti artırılıb. Habelə, vitse-prezidentlik institutu yaradılıb. Bu il isə prezident İlham Əliyev öz xanımını birinci vitse-prezident təyin edib.

Milli Şura hesab edirdi ki, bu dəyişikliklərlə hakimiyyət bir ailənin əlində cəmləşib. Hakimiyyət rəsmiləri isə dəyişiklikləri ölkənin təhlükəsizlik və daha çevik idarə edilməsi maraqları ilə izah etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG