Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 11:58

Quduzluqdan ölüm hadisəsinin araşdırılması nəticəsində Sumqayıt şəhər Səhiyyə Şöbəsi Tibbi Şurasının qərarına əsasən, həkimlərə töhmət verilib.

Bu barədə Səhiyyə Nazirliyi bildirir.

Məlumatda vurğulanır ki, həkimlər uşağın valideynlərinin şifahi xahişi əsasında vaxtından əvvəl evə yazılmasına və bu barədə ərazi 1 nömrəli Uşaq Poliklinikasına xəstənin nəzarətə götürülməsi məqsədilə bildiriş verilmədiyinə görə cəzalandırılıb. Şuranın qərarı ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının uşaq travmatologiya şöbəsinin həkim ordinatoru Mahal Məmmədova sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Xəstəxananın şöbə müdiri Məharət Xasayevə isə töhmət elan olunub.

***Buna da bax-Balaca Zeynəbin faciəli ölümündə 'hamı günahkardır'

XATIRLATMA

Sumqayıt sakini, 5 yaşlı Zeynəb Mikayılzadəni bu il iyulun 31-də valideynləri təcili yardım xəstəxanasına gətiriblər.

Valideynləri uşağı it dişlədiyini deyiblər. Uşağa bəzi iynələr vurulub, sonrakı dörd gün ərzində vəziyyəti yaxşılaşmağa doğru dəyişib.

Verilən məlumata görə, valideynlər həkimlərdən uşağı xəstəxanadan evə yazmağı xahiş ediblər.

Avqustun 14-dən uşağın narahatlığı və bədən hərarətinin bir neçə gün ərzində yüksəlməsi ilə əlaqədar Sumqayıt uşaq travmatoloji şöbəsinə müraciət ediblər. Avqustun 17-də uşaq həmin xəstəxanada quduzluq diaqnozu ilə vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG