Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 15:10

Naxçıvanda SU-25 təyyarələrinin təlim uçuşları


Su-25

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsinin SU-25 təyyarələri təlim uçuşları həyata keçirib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi bu gün, avqustun 23-ü məlumat yayıb.

Məlumatda bildirilir ki, SU-25 təyyarələrinə texniki baxış keçirildikdən sonra uçuşlara icazə verilib. Uçuş zolağına doğru hərəkət edən təyyarələr Naxçıvan səmasında uçuşlar həyata keçiriblər.

«Modernizə edilmiş SU-25 hücum təyyarəsi istənilən hava şəraitində, gecə-gündüz quru qoşunlarının bilavasitə dəstəklənməsi və müxtəlif obyektlərin məhv edilməsi üçün təyin edilib. Əsas diqqət pilot kabinəsinin və yanacaq sisteminin təhlükəsizliyinə yönəldilib. Bu təyyarənin kompleksinə müxtəlif toplar, aviabombalar, «hava-yer» idarəolunmayan, «hava-hava» idarəolunan raketlər daxildir. Ümumilikdə təyyarəyə 32 növ silah quraşdırıla bilər», - məlumatda qeyd edilir.

Naxçıvan Azərbaycanın tərkibində muxtar dövlətdir. 7 rayondan ibarət bu muxtar respublikanın Azərbaycanla sərhədi yoxdur. Türkiyə, Ermənistan və İranla sərhəddə yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG