Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 09:47

Keçmiş Polşa prezidenti Walesa-ya qarşı cinayət işi açılıb


Lech Walesa

Keçmiş Polşa prezidenti və “Həmrəylik” hərəkatının lideri Lech Walesa-ya qarşı cinayət işi açılıb.

İstintaqı “Milli yaddaş institutu”nun istintaq şöbəsi aparır.

Söhbət, onun keçmiş kommunist rejimi dövründə təhlükəsizlik xidməti ilə gizli əməkdaşlıq etməsi iddiası ilə bağlı yalan ifadə verməsindən gedir.

Bu barədə Azadlıq Radiosu Polşa radiosuna istinadla xəbər verir.

Walesa-nın Bolek ləqəbi altında təhlükəsizlik xidməti ilə əməkdaşlıq etməsi barədə sənədlər ölümündən sonra keçmiş general Ceslav Kishak adlı generalın evindən çıxıb.

Bir çox tarixçilər hesab edir ki, vaxtilə kommunist rejiminə son qoyan “Həmrəylik” hərəkatının lideri və sonradan Polşa prezidenti olan Walesa həmin vaxt təhlükəsizlik xidməti ilə gizlicə əməkdaşlıq edib.

“Milli yaddaş institutu” 2016-cı ildə onin gizli agent olması barədə sənədləri yayıb. Məlumatlara görə həmin vaxt onun təhlükəsizlik xidmətindən ayda 1500 zlot aldığını göstərən qəbzlər də aşkar edilib.

Bundan başqa onun əməkdaşlığa razılıq verməsi barədə imzalı sənəd də olduğu bildirilir.

Amma o ittihamı rədd edir və bunun qondarma olduğunu iddia edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG